Britaniya deyir ki, Ukrayna ABŞ olmadan yalnız bir neçə gün döyüşəcəkbackend

ABŞ-ın hərbi yardımı olmasa, Ukrayna Silahlı Qüvvələri bir neçə gün ərzində Amerika raketlərini qurtara bilər.

Bu barədə Britaniyanın “The Independent” qəzeti mənbələrə istinadən yazır.

“Mənbələr “The Independent” qəzetinə bildiriblər ki, Rusiya pilotsuz təyyarələrinin və uzaqmənzilli ballistik raketlərin hava hücumlarına qarşı müdafiə üçün ABŞ-ın “Patriot” raket ehtiyatları bir neçə gün ərzində tükənə bilər”, – nəşr yazıb.

Məqalədə qeyd olunur ki, Qərb raketləri Ukraynadan kənarda olan anbarlarda saxlanılır və istifadə olunmazdan bir neçə gün əvvəl idxal edilir. “İndependent” yazır ki, ABŞ-ın Kiyevə hərbi yardımı dayandırması fonunda Ukraynaya tranzit yüklərin daşınması “bağılana bilər”.