Britaniya ümid edir ki, cəbhədə atəşkəs razılaşması əldə olunarsa, ABŞ pilotsuz təyyarələri Ukraynada cəbhə xəttini izləyəcək.
Bu barədə Britaniyanın “The Times” qəzeti yazır.
“Böyük Britaniya ümid edir ki, Birləşmiş Ştatlar Ukraynanın şərqindəki cəbhə xəttini izləmək üçün pilotsuz təyyarələr və peyklər verəcək”, – nəşr yazır.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa Səudiyyə Ərəbistanında ABŞ-la danışıqlardan sonra Kiyevin münaqişəni 2025-ci ildə bitirməyə hazır olduğunu bildirib.