Böyük Britaniyada xəstəliyin dərmanlara yüksək müqavimət göstərməsi səbəbindən müalicəsi çətin olan yüksək yoluxucu qotur epidemiyası başlayıb. Bu barədə Britaniyanın “The Daily Mail” qəzeti yazır.
“Yüksək yoluxucu qotur epidemiyası Britaniyanı bürüyür. Ən pisi də odur ki, dəri parazitləri dərmana davamlı olurlar”, – məqalədə qeyd edilir.
Məqalədə qeyd olunur ki, hazırda virusa yoluxanların sayı 200 minə yaxındır.