Cənubi Koreyanın Poçeon şəhərində hərbi təlim zamanı atılan mərminin yaşayış binasına düşməsi nəticəsində azı 7 nəfər xəsarət alıb.
Bu barədə Yonhap agentliyi məlumat yayıb.
Hadisə ilə bağlı məlumat yerli vaxtla saat 10:00 radələrində (Moskva vaxtı ilə 04:00) daxil olub və ətrafdakı bir neçə binaya da ziyan dəyib. Səlahiyyətlilər hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.
Bundan əvvəl Yonhap agentliyi ABŞ və Cənubi Koreyanın KXDR ilə sərhəddən 25 km aralıda yerləşən Poçeondakı Seungjin poliqonunda canlı atəşlə təlimlər keçirdiyini bildirmişdi. Manevrlərə tanklar, helikopterlər və təyyarələr, ümumilikdə 160 ədəd texnika cəlb olunub.