Danimarkanın baş naziri Mette Frederiksen ölkədə nüvə silahının yerləşdirilə biləcəyini istisna etməyib.
Onun sözlərini RİA Novosti yayıb.
Frederiksen Fransa prezidenti Emmanuel Makronun Avropa müttəfiqlərinin Fransanın nüvə silahı ilə müdafiəsi ilə bağlı debat açmaq qərarını şərh edərkən deyib: “Hər şey masadadır”.
O, həmçinin əlavə edib ki, bütün variantlar nəzərdən keçirilir və Danimarka hakimiyyəti bu ideyaları rədd etmək niyyətində deyil.