Fransalı aktyor Jerar Depardye “Yaşıl dalğalar” filminin çəkiliş meydançasında cinsi təcavüz ittihamı ilə martın 24-25-də Parisdə məhkəmə qarşısına çıxacaq. Bu barədə “Le Temps” qəzeti məlumat yayıb.
Aktyorun səhhəti ilə əlaqədar məhkəmə prosesi 2024-cü ilin oktyabrından təxirə salınıb.
İki qadın – 53 yaşlı quruluşçu rəssam Ameli və 33 yaşlı rejissor köməkçisi – Depardyeni 2021-ci ilin sentyabrında baş verən insidentlərdə ittiham ediblər.
Aktyorun vəkilləri tibbi səbəblərə görə məhkəmənin təxirə salınmasına nail olublar.