Şərqi Afrikanın Cibuti əyalətinin sahillərindən keçən mülki gəminin yaxınlığında Ədən körfəzində iki pilotsuz uçuş aparatı aşkar edilib. RİA Novosti bu barədə Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına istinadən xəbər verir.
Cibutidən 84 dəniz mili (təxminən 156 km) şərqdə yerləşən gəminin kapitanı iki pilotsuz təyyarənin 50 metr məsafədə gəminin ətrafında bir neçə dəfə dövrə vurduğunu bildirdi.
İnsidentlə əlaqədar Britaniya departamenti pilotsuz təyyarələrin aşkar edildiyi yerin yaxınlığında yerləşən gəmilərin ekipajlarını diqqətli olmağa və pilotsuz nəqliyyat vasitələrinin hər hansı şübhəli fəaliyyəti barədə məlumat verməyə çağırıb.
Mənbə: RİA Novosti













