Estoniya öz vətəndaşlarının ruslarla evlənməsini çətinləşdiribbackend

Rusiya və Estoniya arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında saziş Tallinn onu yeniləyə bilmədikdən sonra qüvvəsini itirib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Agentliyin qeyd etdiyi kimi, saziş 1995-ci ildən qüvvədədir və hər beş ildən bir avtomatik yenilənirdi. Lakin keçən il Estoniya onun ləğvinə təşəbbüs göstərdi. Respublika hesab edir ki, Rusiya Federasiyası ilə hüquqi yardım sahəsində əməkdaşlıq razılaşma olmadan, hər iki ölkənin iştirak etdiyi beynəlxalq konvensiyalar çərçivəsində mümkündür.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkny bildirib ki, Rusiya Federasiyası ilə praktiki əməkdaşlıq demək olar ki, dayanıb və yalnız inzibati və texniki səviyyədə həyati əlaqələr saxlanılır. Onun sözlərinə görə, Tallin ilə Moskva arasında imzalanmış digər əməkdaşlıq müqavilələrinin əksəriyyətinin müddəti artıq başa çatıb. Respublika Ədliyyə Nazirliyi müqavilənin yenilənməməsinin estoniyalılar üçün ruslarla nikah bağlayarkən və vərəsəlik zamanı əlavə çətinliklər yaradacağına diqqət çəkib. Rus dilində olan sənədlər tərcümə olunmalı və apostillə təsdiqlənməlidir.