Frankfurtda “fentanil” narkotik böhranı ortaya çıxdıbackend

Almaniyanın Frankfurt am Main şəhəri fentanilin yayılması səbəbindən narkotik böhranına sürüklənir.

Bu barədə “Bild” qəzeti yazır.

Nəşrin məlumatına görə, Frankfurt-Mayndə heroin aludəçilərinin yarıdan çoxu fentanildən istifadə edir. Hakimiyyət narkotik epidemiyasının öhdəsindən gələ bilmir və vəziyyət nəzarətdən çıxmağa başlayır.

Narkotik böhranının miqyasını azaltmaq üçün rəsmilər konfrans keçirmək və xarici mütəxəssislərdən kömək istəmək niyyətindədirlər.