Hollandiya parlamentində əksəriyyət krallığın Avropa Komissiyasının (AK) Avropanı yenidən silahlandırmaq təşəbbüsündə iştirakının əleyhinə səs verib.
Bu barədə “Volkskrant” qəzeti yazır.
“Niderland Nümayəndələr Palatası kiçik fərqlə (71 səs əleyhinə 73 səs – Gazeta.Ru) Hollandiyanın Avropanın yenidən silahlanmasına dair Avropa planında iştirakına qarşı çıxıb”, – nəşr yazır.
Qəzetin yazdığına görə, hakim koalisiyadakı dörd partiyadan üçü – Azadlıq Partiyası (PVV), Fermerlər və Vətəndaşlar Hərəkatı (BBB) və Yeni Sosial Müqavilə (MTK) Avropanı yenidən silahlandırmaq planına qarşı çıxıb.
Beləliklə, nəşr qeyd edir ki, səsvermənin nəticələri Hollandiyanın baş naziri Dik Şofu çətin vəziyyətə salıb, çünki o, bu planı həyata keçirməyə razılaşıb.