İtaliyada iki qatarın toqquşması nəticəsində azı 17 nəfər xəsarət alıbbackend

İtaliyada Bolonya-Rimini dəmir yolu xəttində qatarın toqquşması baş verib, nəticədə azı 17 nəfər xəsarət alıb.

Bu barədə İtaliyanın “Corriere della sera” qəzeti məlumat yayıb.

Mövcud məlumata görə, yüksək sürətli ekspress Freccia Rossa ilə regional qatar toqquşub. Hazırda xətdə xilasetmə işləri aparılır. Dəmir yolu hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Yerli hakimiyyət orqanları bütün qurbanların yalnız yüngül xəsarət aldığını bildiriblər.

İtaliyanın infrastruktur və nəqliyyat naziri Matteo Salvini bildirib ki, o, qəza yerində vəziyyəti diqqətlə izləyir.

Mənbə: AHaber