Məlum olub ki, 40 il ərzində insan beyni nəzərəçarpacaq dərəcədə böyüyübbackend

Davisdəki Kaliforniya Universitetindən və digər elmi qurumlardan olan amerikalı nevroloqlar müəyyən ediblər ki, 20-ci əsrdə 40 il ərzində insan beyninin ölçüsündə artım olub. Araşdırma JAMA Neurology elmi jurnalında dərc olunub.

Alimlər öz işlərində 1948-ci ildə başlayan Framingham Heart Study-nin məlumatlarından istifadə ediblər. Layihə iştirakçıların təkcə ürək-damar sağlamlığı haqqında deyil, həm də amerikalıların üç nəslini əhatə edən beyinləri haqqında məlumat toplayıb.

Tədqiqat nümunəsinə 1930-1970-ci illərdə doğulmuş 3226 nəfər daxil edilib.

Mənbə: Gazeta.ru