Myanmada iki güclü zəlzələ baş veribbackend

Myanmada 7,3 və 6,4 bal gücündə iki zəlzələ baş verib.

Bu barədə TASS seysmoloqların məlumatlarına istinadən xəbər verir.

İlk yeraltı təkanlar 7,3 bal gücündə, ocağı 10 km dərinlikdə olub. Zəlzələnin episentri təxminən 1,2 milyon insanın yaşadığı Mandalay şəhərindən 33 km cənub-qərbdə yerləşib.

Taylandın meteorologiya departamenti daha sonra ehtimal olunan yeraltı təkanlar barədə xəbərdarlıq edib. Bu bəyanatdan sonra 6,4 bal gücündə yeni zəlzələ baş verib.