Neftçalada İRƏLİ ictimai Birliyinin gənclərlə növbəti görüşü olubbackend
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Nefçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  İRƏLİ İctimai Birliyi bir qrup rayon gənclərilə görüş keçirilib.
Görüşdə Neftçala RİH başçısı aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə, İRƏLİ İB-in sədri Şahin Rəhmanlı, Neftçala rayon Gənclər və İdman İdarəsinin məsul şəxsləri və rayonun bir qrup gənci iştirak edib.
Görüş zamanı İRƏLİ İctimai Birliyinin fəaliyyət istiqamətləri, təşkil olunan layihələr, təlimlər haqqında videoçarx izlənilib. Görüşün sonunda gənclərin istəkləri, arzuları, təklifləri dinlənilib və gənclərə müvafiq tövsiyyələr verilib.
Görüşün keçirilməsində məqsəd gənclərin problem,arzu və təklifləri ilə yaxından tanış olmaq,bu istiqamətdə onlara zəruri dəstək göstərməkdir.