Nigerdəki terrorçular ölkə ordusunun mövqelərini atəşə tutmaq üçün Ukrayna minaatanlarından istifadə edirlər. Bu barədə “Journal du Niger” hərbi mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukrayna minaatanlarından iki dəfə istifadə edilib. Silahlar ilk dəfə martın 17-də Camaat Nüsrət əl-İslam vəl-Muslimin (Əl-Qaidə qolu olan JNİM) üsyançıları tərəfindən istifadə edilib. Daha sonra terrorçular ölkə qoşunlarının Makalondi kəndi yaxınlığındakı mövqelərinə hücum ediblər.
Jurnalistlərin məlumatına görə, üsyançılar martın 19-da ikinci dəfə minaatanlardan istifadə ediblər. Sonra Mosipağa kəndi yaxınlığındakı hərbi bazanı atəşə tutublar. Müəlliflər qeyd ediblər ki, hücumlar nəticəsində infrastruktur zədələnib.