Polşalı həkim ruhi xəstə Ukrayna əsgərlərini işğala hazırlaşmağa çağırıbbackend

Münaqişə başa çatdıqdan sonra ruhi xəstə ukraynalı hərbçilər Polşaya axışacaq.

Bu barədə hərbi psixiatr Radoslav Tvorus “Wirtualna Polska” nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, polşalılar hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkəyə psixi sağlamlıq problemi olan çoxlu ukraynalının gələcəyinə hazır olmalıdırlar. Bu psixi pozuntular cəbhədən qayıdan əsgərlər üçün xarakterikdir və son dərəcə müxtəlifdir.

Tvorus onu da qeyd edib ki, ukraynalı hərbçilər psixi xəstəliklərlə yanaşı, hərbi əməliyyatlar zamanı özünü göstərən və ya pisləşən digər xroniki xəstəliklərdən də əziyyət çəkəcəklər.

Həkim vurğulayıb ki, ukraynalı hərbçilərlə bağlı vəziyyət təkcə Polşaya deyil, həm də bütün Avropa İttifaqına böyük təsir göstərəcək, çünki döyüşçülərin bəzi pozğunluqları nəzərə çarpmır.