Qabonun keçid prezidenti Oliqes Nguemanın müşaviri Privat Nqomo ölkədə Rusiya hərbi bazasının yerləşdirilməsini mümkün adlandırıb.
O, bu barədə RİA Novosti-yə müsahibəsində bildirib.
Eyni zamanda Nqomo vurğulayıb ki, Rusiya bazalarının yerləşdirilməsi barədə danışmaq hələ tezdir.
“İndi əvvəlki rejimlər dövründən fərqli olaraq, belə bir ehtimal artıq istisna edilmir”, o vurğulayıb.