Rusiya lideri Vladimir Putin çətin ki, Ukraynada müvəqqəti atəşkəs rejimini qəbul etsin, çünki istənilən razılaşmada rus ordusunun döyüş meydanındakı uğurları və Moskvanın narahatlığı nəzərə alınmalıdır.
Bu barədə “Reuters” “Rusiya mənbələrinə” istinadən yazır.
Agentliyin mənbələrindən biri bildirib ki, “indiki formada” atəşkəsə “Putin üçün razılaşmaq çətin olacaq”. Mənbə bildirib ki, Rusiya hücumda olduğu üçün güclü mövqedədir.
Başqa bir mənbə deyib ki, Kreml ABŞ-Ukrayna təklifinin tələ kimi göründüyünə inanır, çünki Rusiya prezidenti üçün heç bir zəmanət və vədlər olmadan münaqişəni dayandırmaq çətin olacaq.
Reuters-ə danışan başqa bir “Rusiya mənbəsi” ABŞ-ın Kiyevlə hərbi yardım və kəşfiyyat mübadiləsini bərpa etməyə razılaşdığı “böyük mənzərəni” qeyd edib, bu addımı atəşkəs təklifi ilə “dondurub”.