Rusiya hökuməti Qara dənizdə mazutun təmizlənməsinə daha çox pul ayırıbbackend

Rusiya hökuməti Kerç boğazında neft sızmasının nəticələrini aradan qaldırmaq üçün əlavə 104,8 milyon rubl ayıracaq.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

“Kerç boğazında tankerlərin qəzaya uğraması nəticəsində neft dağılması ilə bağlı fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün hökumətin ehtiyat fondundan 104,8 milyon rubl ayrılıb”, – məlumatda deyilir.

Nazirlər Kabineti xatırladıb ki, fövqəladə vəziyyətdən sonra hadisənin nəticələrinin aradan qaldırılması üçün ehtiyat fonddan 1,5 milyard rubl ayrılıb.