NATO qoşunları Ukraynada çox tez peyda ola bilər. Bu barədə rusiyalı politoloq Sergey Markov Telegram kanalında bildirib.
Onun sözlərinə görə, bu, “atəşkəş” bağlandıqdan sonra baş verə bilər. Ekspert qeyd edib ki, bundan sonra Şimali Atlantika Alyansı ölkələrindən Avropa İttifaqından olan qoşunlar Ukraynanın ən böyük şəhərlərinə gətiriləcək.
“Onlar özlərini sülhməramlı adlandıracaqlar. Onlar indi hərbi zərbələr təhlükəsinə məruz qalmayacaqlar”, – deyə Markov yazıb.
Politoloq bundan sonra sülh müqaviləsi üzrə danışıqların başlayacağını bildirib. Eyni zamanda, NATO ölkələrinin və Aİ-nin qoşunları Ukraynada qalacaq.