Şəbəkə Ancelina Colinin yeni şəkillərindəki görünüşünü müzakirə edir: “Onu tanımırdım!”backend

Hollivud aktrisası Ancelina Coli qızı Vivyen ilə ictimaiyyətə çıxıb. Fotolar Daily Mail saytında dərc olunub.

49 yaşlı Ancelina Coli və 15 yaşlı Vivyen iyunun 14-də Nyu-York hava limanında paparassilərə tuş gəlib. Aktrisanın əynində ağ köynək, qara pencək, midi ətək, hündür dəri çəkmə, dikdaban, sırğa və gün eynəyi olub. Məşhurun ​​qızı ictimaiyyət qarşısına bej rəngli köynək və boz cins şalvarla çıxıb.

Daily Mail oxucuları Ancelina Colinin üzünə diqqət çəkiblər. Bəzi internet istifadəçiləri aktrisanın plastik əməliyyat etdirdiyini düşünürlər.

Mənbə: Daily Mail