ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Çinlə yalnız ölkələr arasında ticarət kəsiri aradan qaldırılarsa, saziş bağlaya bilər. RİA Novosti bu barədə Ağ Ev rəhbərinin jurnalistlər qarşısında çıxışına istinadən xəbər verir.
Tramp vurğulayıb ki, ABŞ Çinə ildə yüz milyardlarla dollar itirir. Ona görə də ticarət kəsiri problemi həll olunmayınca, Vaşinqton Pekinlə sövdələşməyə getməyəcək.
Prezident qeyd edib ki, ABŞ Çinə qarşı sərt sanksiyalar tətbiq etməklə tamamilə düzgün hərəkət edir.