Türkiyədə tətil qiymətləri davam edən deinflyasiya prosesi ilə əlaqədar yay mövsümünə qədər rusiyalı turistlər üçün əlverişli ola bilər.
RİA Novosti türkiyəli iqtisadi müşahidəçi Mustafa Rəcəb Ercin hesabatına istinadən xəbər verir.
Agentliyin xatırlatdığı kimi, bu həftə ölkənin Statistika İnstitutu (TÜİK) ölkədə fevral ayında illik inflyasiyanın yanvardakı 42,12%-dən 39,05%-ə endiyini bildirib. Statistika agentliyinin proqnozuna görə, iyun ayından sonra inflyasiya ən azı 30%-ə qədər azala bilər.
Ercin sözlərinə görə, ölkədə istehlak qiymətlərində azalma tendensiyası gözlənilir. Türkiyənin rusiyalı turistlər üçün nə vaxt ucuz istirahət məkanına çevriləcəyi sualına o, belə cavab verib.