İsveçrə Aİ-nin “hərbi Şengen” proqramında iştirak edəcəkbackend

Avropa İttifaqı Şurası İsveçrənin ordu hissələrinin Avropada hərəkətini sürətləndirmək üçün nəzərdə tutulmuş “hərbi mobillik” proqramında iştirakını təsdiqləyib.

Bu barədə Aİ Şurasının saytında yerləşdirilən sənəddə bildirilir.

Qərar İsveçrənin 2024-cü ilin sentyabrında iştirak üçün müraciətindən sonra qəbul edilib. Aİ Şurasının sənədində qeyd olunub ki, onun Daimi Strukturlaşdırılmış Müdafiə Tərəfdaşlığı (PESCO) çərçivəsində layihədə iştirakı proqramın şərtlərinə uyğundur və hərbi mobillik prosesində əhəmiyyətli təkmilləşdirməyə töhfə verəcək.

PESCO proqramı 2018-ci ildən Aİ və NATO ölkələri tərəfindən hazırlanıb və qoşunların bütün qitədə effektiv yerdəyişməsi üçün prosedurları standartlaşdırmaq məqsədi daşıyır.