Latviya zədələnmiş sualtı kabel sahəsinə patrul göndəribbackend

Latviya Hərbi Dəniz Qüvvələri Latviya və İsveç arasında sualtı kabelin zədələndiyi ehtimal edilən əraziyə patrul gəmisi göndərib.

Bu barədə LSM məlumat yayıb.

Nəşr qeyd edir ki, Latviya Hərbi Dəniz Qüvvələri insidentlə bağlı Şimali Atlantika Alyansındakı müttəfiqləri və İsveçlə əlaqə saxlayıb. Nəşr tərəflər arasında daimi məlumat mübadiləsinin olduğunu vurğulayır.

Latviya Dəniz Əməliyyatları Mərkəzi də zədələnmiş kabel sahəsində gəmilərin hərəkətini öyrənib. Nəşr bildirir ki, orada respublikanın ərazi sularından və eksklüziv iqtisadi zonasından kənarda olan daha iki gəmi müəyyən edilib.