Nərimanov rayonunda 2020-ci il ərzində fərqlənmiş istedadlı gənclər mükafatlandırılıbbackend

Nərimanov rayonunda 2020-ci il ərzində fərqlənmiş istedadlı gənclər mükafatlandırılıb.

28-29 dekabr 2020-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2020-ci il ərzində gənclər və idman sahələrində keçirilmiş tədbirlərdə fərqlənmiş yeniyetmə və gənclər mükafatlandırılıb.
Qeyd edək ki, İdarə tərəfindən pandemiya dövründə onlayn inşa-yazı, rəsm, şeir müsabiqələri və idman yarışları, o cümlədən gənc ailələr arasında müxtəlif tədbirlər təşkil edilmişdir. Fərqlənmiş istedadlı yeniyetmə və gənclər 2 gün ərzində fərqli saatlarda İdarəyə gələrək mükafatdırılmışlar.
Qaliblərimizi təbrik edir, gələcək tədbirlərdə aktiv olmaqlarını arzulayırıq!