Avtomobil istehsalçısı ilə əlaqəli Chuo Spring şirkətinə məxsus zavodda baş vermiş partlayış nəticəsində yaranan komponent çatışmazlığı səbəbindən Toyota başqa zavodda fəaliyyətini dayandıracaq.
Bu barədə “Japan Times” yazır.
Nəşrin məlumatına görə, Kiotodakı Daihatsu zavodunda bir xətt dayandırılacaq. Bundan bir qədər əvvəl avtomobil istehsalçısı martın 6-da şirkətin Chuo Spring zavodunda baş verən partlayışdan sonra hissələrin çatışmazlığı səbəbindən Aiçi prefekturasındakı iki zavodda üç istehsal xəttini martın 10-dan dayandıracağını açıqlamışdı. Bu xətlər Harrier və RAV4 modellərini istehsal edir.
2023-cü ilin oktyabrında Aiçi prefekturasının Toyota Siti şəhərindəki Chuo Spring zavodunda da partlayış baş verdi. Toyota, hissələrin tədarükündə yaranan nasazlıq səbəbindən ölkədəki 14 yığma zavodunun səkkizində 13 istehsal xəttini dayandırıb.