“Xəmsə” intellektual oyunu üzrə Nərimanov rayon onlayn çempionatı keçirilibbackend

“31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibəti ilə tələbələr arasında “Xəmsə” intellektual oyunu üzrə Nərimanov rayon onlayn çempionatı keçirilib.

28-30 dekabr 2020-ci il tarixlərində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibəti ilə tələbələr arasında “Xəmsə” intellektual oyunu üzrə Nərimanov rayon onlayn çempionatı keçirilib.
Çempionatın keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, gənclərin intellektual və yaradıcı inkişafına təkan verilməsi, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi, onların intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunması, karantin rejimi müddətində evdə qalan gənclərin asudə vaxtının səmərəli təşkil edilməsidir.
3 gün davam edən çempionatda 24 komanda iştirak edərək mübarizə aparmışdır.
Onlardan I yerə Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Likantropiya” komandası, II yerə isə “BEAR” komandası çıxmışdır.
Qalib komandalar 2021-ci ilin yanvar ayında mükafatlandırılacaq.