Kim Çen In Rusiyanın Ukraynadakı münaqişədə sarsılmaz dəstəyini bəyan edibbackend

Şimali Koreya Ukraynadakı hərbi əməliyyatında Rusiyaya sarsılmaz dəstək verməyə davam edəcək.

“Rodong Sinmun” agentliyi xəbər verir ki, bunu KXDR lideri Kim Çen In Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşü zamanı deyib.

“Rusiya ordusu və xalqı tərəfindən həyata keçirilən xüsusi əməliyyat onların yenilməz gücünün, vətənpərvərliyinin və ədalət işinin nümayişidir və KXDR hökumətinin qəti seçimi və sarsılmaz iradəsi Rusiyanın öz dövlət suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizlik maraqlarını gələcəkdə qorumaq uğrunda apardığı mübarizəni daim dəstəkləməkdir”, – Kim Jounq yazır.