Monqolustan parlamenti baş naziri vəzifəsindən azad edibbackend

Monqolustanın Dövlət Böyük Xuralı gizli səsvermədən sonra baş nazir Luvsannamsrain Oyun-Erdenenin istefaya göndərilməsi barədə qərar qəbul edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, yeni hökumət başçısı təyin olunana qədər öz vəzifələrini icra etməyə davam edəcək.

“Monqolustan parlamentinin iclasının reqlamenti haqqında qanuna əsasən, baş nazirə etimad səsverməsi deputatların əksəriyyəti, yəni 64 nəfər tərəfindən dəstəklənməli idi. Etimad səsverməsi parlamentarilərin əksəriyyəti tərəfindən gizli səsvermə yolu ilə təsdiq olunmadığından, hökumətin istefası məsələsinə baxılması üçün qətnamə qəbul edilib”, – deyə parlamentin mətbuat mərkəzinin rəhbəri bildirib.

Həmçinin məlum olub ki, parlamentin spikeri Daşzeqviin Amarbayasqalan səlahiyyət müddəti başa çatan baş nazirə kabinetin yeni rəhbəri təyin olunana qədər öz vəzifələrini icra etməyə davam etməyi tapşırıb. Qanuna görə, yeni baş nazir 30 gün ərzində təyin olunmalıdır.