Nərimanov rayonunda “Könüllülər ili” çərçivəsində voleybol turniri keçirilibbackend

04 sentyabr 2020-ci il tarixdə açıq havada “Könüllülər ili” çərçivəsində voleybol üzrə Nərimanov rayon turniri keçirilib.

Turnirin açılış mərasiminində çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev qeyd etdilər ki, bu gün ölkənin ictimai-siyasi həyatında, sosial-mədəni tədbirlərində və digər sahələrdə nümunə göstərən Azərbaycan gənclərinin fəaliyyətində könüllülük xüsusi yer tutmaqdadır. Artıq könüllülük bir çox sahələrdə özünü qabarıq büruzə verərək, ümummilli hərəkata çevrilib və cəmiyyətimizin bütün təbəqələrini əhatə edib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan olunub. Lakin çox təəssüf ki, Azərbaycanda “Könüllülər ili” hazırda ölkəmizin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrə təsadüf edir. Bütün dünyanı bürüyən bu infeksiya bəlası ilə təkbaşına mübarizə aparmağın çətin olduğu, buna görə də xalq-iqtidar birliyinin, milli həmrəyliyin zərurətə çevrildiyi indiki dönəmdə – tətbiq olu¬nan xüsusi karantin rejimi günlərində könüllülük hərəkatı özünü daha qaba¬rıq şəkildə göstərir. Belə ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırış¬larına cavab olaraq, COVID-19-un yarada biləcəyi təhlükə ilə mübarizə tədbirlərinin həyata keçirilməsində dövlət qurumları ilə bərabər, gənc könüllülər də fəal iştirak edirlər.
Yarışa başlamazdan əvvəl bütün yarış iştirakçıları bədən hərarəti ölçən xüsusi cihazla yoxlanışdan keçmişdir. Turnir iştirakçılarına pandemiya ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın sosial izolyasiya qaydaları haqqında və öncədən müəyyən olunmuş qaydalara əməl olunması barədə ətraflı məlumat verilmişdir.
Yarışda 6 komanda tərkibində 20 nəfər könüllü voleybolçu iştirak etmişdir. Onlardan, I yeri “Exspress-2” komandası, II yeri “Neftçi” komandası və III yeri isə “Exspress -1” komandası qazanmışdır.
Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və kubok, eyni zamanda bütün yarış iştirakçıları sertifikatlar ilə təltif olunmuşlar.

İctimai.az