Nərimanov rayonunda “Təcrübə Akademiyası”nın açılışı keçirilibbackend

07 sentyabr 2020-ci il tarixdə Ü.Bünyadzadə küçəsi, 19 ünvanında açıq havada “Təcrübə Akademiyası”nın açılış mərasimi və ilk təlimi keçirilib.

Açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, təlimçi, sosial araşdırmaçı, Brain Design Peşəkar İnkişaf Akademiyasının icraçı direktoru Zaur Cahangirov və fəal gənclər iştirak etmişlər.
Təlimə başlamazdan əvvəl bütün iştirakçılar bədən hərarəti ölçən xüsusi cihazla yoxlanışdan keçmişdir. Təlim iştirakçılarına pandemiya ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın sosial izolyasiya qaydaları haqqında və öncədən müəyyən olunmuş qaydalara əməl olunması barədə ətraflı məlumat verilmişdir.
Açılış mərasiminində gəncləri salamlayan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov qeyd etdilər ki, liderlik nadir insanlara xas olan, anadangəlmə xüsusiyyətdir. Həyat tərzi və keçmişdə qazandığı təcrübələr liderliyi meydana gətirər.
Sonra təlimçi, sosial araşdırmaçı Zaur Cahangirov çıxış edərək qeyd etdi ki, çox zaman idarəedicilik və liderlik bir-biri ilə qarışdırılır, lakin bunların ikisidə çox fərqli anlayışdır. İdarəçilik, sonradan öyrənmə yolu ilə əldə olunur. Liderlik isə insanların daxilindən gəlir. İdarəçilik üçün bir insan təhsil ala bilər, idarəçiliyin bütün sistemlərini mənimsəyə bilər və nəhayət təcrübələrlə bu insan çox gözəl bir idarəçi ola bilər. Lakin liderlik haqqında nə qədər təhsil, məlumat alınsa da, nə qədər bu barədə danışılsa da lider olmaq üçün bunlar yetərli olmaya bilər. Lider təsir edən, idarə edən, gözəl örnəklər verə bilən, cəmiyyətə yararlı olanı aydın seçmək yolu ilə düzgün qiymətləndirən, məsuliyyətlə, ağılla davranan, düzgün yol göstərməyi bacaran insandır. Lider başqalarından aldığı bilik və təcrübələrlə bilikli ola bildiyini, ancaq sadəcə öz ağlı ilə ağıllı ola bildiyini bilir. Bu səbəblə ətrafındakılarla məsləhətləşər, lakin son qərarı bütün məsuliyyəti üzərinə götürərək özü qərar verər.
Sonda təlimçi gəncləri maraqlandıran sualları cavablandırdı.