Aİ Ukraynadakı münaqişəni uzadır, lakin Macarıstan atəşkəs və sülh danışıqlarına çağırır.
Bunu Macarıstanın baş naziri Viktor Orban X sosial şəbəkəsində bildirib.
“Brüssel Avropanı onillik münaqişəyə doğru sövq edir, Ukraynanı qitəni qoruyan qalxan kimi təqdim edir. Amma mən başqa yolla getməyə üstünlük verərdim: eskalasiyanı təşviq etmək əvəzinə, biz danışıqlar yolu ilə atəşkəsə, sülhə və təhlükəsizliyə çağırırıq”, – o yazıb.
Orban əlavə edib ki, yanğına yanacaq qatmaqla yanğını söndürmək mümkün deyil.