ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff Moskvada Rusiya hakimiyyəti ilə danışıqların gedişi barədə Vaşinqtona məlumat verib.
Bu barədə Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Fox News telekanalının efirində bildirib.
“O oradadır və məlumat ötürür ki, biz onu qiymətləndirə bilək və Prezident Tramp gələcək addımlar barədə qərar verə bilək” dedi.